Banner

Sosial

Azərbaycanda güzəştli mənzil alan ailələrin - SAYI AÇIQLANDI

Azərbaycanda güzəştli mənzil alan ailələrin  - SAYI AÇIQLANDI | FED.az
15:45 12 Aprel 2021

2016-2020-ci illərdə Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunmuşdur.

Bakıdan sonra daha 3 şəhərdə – SOSİAL MƏNZİLLƏR TİKİLİR

Mənzil İnşaaatı Dövlət Agentliyindən (MİDA) FED.az-a bildirilib ki, Yasamal Yaşayış Kompleksində yerləşən 1633 güzəştli mənzilin satışı tam başa çatdırılmış, Hövsan Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən isə 655-nin rəsmiləşdirilməsi yekunlaşdırılmışdır.

21 aprel 2021-ci il tarixində isə Hövsan Yaşayış Kompleksində yerləşən növbəti 503 mənzilin satışı həyata keçiriləcək.

Bu müddət ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə ümumilikdə 2288 mənzil vətəndaşlara təqdim edilmişdir. Mənzilə sahib olmuş vətəndaşlardan 1345 nəfərinin yaşı 35-ə qədərdir.

Bundan başqa, MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə də mənzillər ayrılır. Müvafiq qurumların müraciətlərinə əsasən Agentliyin layihələrindən ümumilikdə 1418 mənzil dövlət sifarişi əsasında ayrılmışdır. Bu mənzillərdən 991-nin rəsmiləşdirilməsi başa çatdırılmışdır.

Beləliklə, 5 il ərzində Agentliyin fəaliyyəti nəticəsində ümumilikdə 3 279 ailə mənzil ilə təmin edilmişdir. Yaxın 2 il ərzində isə daha 6827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.

Banner

Digər xəbərlər