Sosial

Azərbaycanın bu rayonunda karantin rejiminə nəzarət gücləndirilir – RƏSMİ AÇIQLAMA

Azərbaycanın bu rayonunda karantin rejiminə nəzarət gücləndirilir – RƏSMİ AÇIQLAMA | FED.az
18:57 2 İyul 2020

Azərbaycanda karantin rejimi dövründə epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Xüsusi karantin rejiminin qaydalarına əməl olunmasını təmin etmək üçün bu gün Zərdab Rayon İcra Hakimiyyətinin iclası baş tutacaq.

Eləcə də bax: İcazəsi olmayanlar belə müəyyən ediləcək – RƏSMİ

FED.az xəbər verir ki, bu barədə Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib.

“Mobil operativ qrupların gücləndirilməsi, maskasız gəzən vətəndaşlar barəsində müvafiq inzibati protokolun tərtib olunması ilə bağlı müəyyən göstərişlər verilib. Bu gün bununla bağlı iclasımız baş tutacaq”, – deyə o məlumat verib.

"Qazet.az"

Digər xəbərlər

Banner