Sosial

"Azərpoçt" 1 500-ə yaxın poçt şöbəsinin iş rejimini – BƏRPA EDİB

"Azərpoçt" 1 500-ə yaxın poçt şöbəsinin iş rejimini – BƏRPA EDİB | FED.az
17:29 13 Aprel 2020

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib.

"Azərpoçt”dan FED.az-a verilən məlumata görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır.

Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı "Şəbəkə" xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir. Eyni zamanda koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün bir sıra sosial layihələrin icrası həyata keçirilir.

Digər xəbərlər

Banner