Banner

Sosial

Şəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB

Şəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.az
15:03 20 Dek 2019

2019-cu ildə Azərbaycan dövləti şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 1000-ə yaxın mənzil və 600-dən artıq avtomobil verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, növbəti belə mərasim Bakının Qaradağ rayonunda keçirilib. Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov prezident İlham Əliyevin əhalinin həssas qruplarına, xüsusilə də şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı göstərdiyini bildirib.

Eləcə də bax: Daha 100 mənzil şəhid ailələri və əlillərə - TƏQDİM EDİLİB - FOTO

Bu yanaşma nəticəsində həmin qruplara diqqət ildən-ilə artır. Belə ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, bu il isə həmin kateqoriyalardan olan vətəndaşlara ötən ilkinə nisbətən 50 faiz çox, yəni 934 mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Onlardan artıq böyük əksəriyyəti verilib. Təqdim edilən mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

İmtiyazlı vətəndaşların nazirlik tərəfindən avtomobil təminpatı da sürətlə artır. 2018-ci ildə onlara 265 avtomobil verildiyi halda, cari ildə 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan da 500-ə yaxın avtomobil artıq sahibini tapıb. Ümumiyyətlə isə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara indiyədək 6465 minik avtomobili verilib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıdan, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatının daim gücləndirilməsindən razılıq edib, göstərilən qayğıya görə, prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

Şəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.azŞəhid ailələri və əlillərə - 1000-Ə YAXIN MƏNZİL VERİLİB | FED.az

Digər xəbərlər

Banner