Sosial

Bu rayonlar üzrə - Pensiyalar Ödənilib

Bu rayonlar üzrə - Pensiyalar Ödənilib | FED.az
08:30 11 Avq 2020

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

Eləcə də bax: “Bu ilin ilk yarısında 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib”

FED.az xəbər verir ki,  bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.

Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi  ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman hər hansı bir faiz tutulmayacaq.

Digər xəbərlər