Sosial

Daha 25 min nəfər üçün birdəfəlik - VƏSAİT KÖÇÜRÜLDÜ

Daha 25 min nəfər üçün birdəfəlik - VƏSAİT KÖÇÜRÜLDÜ | FED.az
19:17 17 Aprel 2020

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürülüb.

FED.az xəbər verir ki, bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə aldıqdan sonra mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda, istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Qeyd edək ki, Nazirlik tərəfindən işsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

Digər xəbərlər