Sosial

Dünyada ərzaqlar ucuzlaşır, qızıl-gümüş bahalaşır – SİYAHI, QİYMƏTLƏR

Dünyada ərzaqlar ucuzlaşır, qızıl-gümüş bahalaşır – SİYAHI, QİYMƏTLƏR | FED.az
08:55 14 Avq 2020

2020-ci ilin əvvəlindən indiyədək dünyada bəzi gündəlik və əsas məhsulların qiymətində ciddi dəyişikliklər olub.

Eləcə də bax: Pozuntuya yol verən obyektlərin adları açıqlandı - SİYAHI

FED.az xəbər verir ki, qızıl və gümüşün qiymətində artım, pambıq, buğda, kakao, mal əti və s. gündəlik məhsulların qiymətində azalma müşahidə edilib.

Pambıq

Yanvar ayında 1 kiloqramı 1,74 dollar olan pambıq, iyul ayında 1,51 dollar olub. 7 ayda 13,2% ucuzlaşıb.

Buğda

Buğdanın qiymətində də həmçinin ucuzlaşma müşahidə olunub. Taxil bitkisinin 1 tonu yanvarda 224,5 dollar, iyulda 197,8 dollar olub. Ucuzlaşma 11,9% təşkil edib.

Kakao

Kakao 10,4% ucuzlaşıb. Məhsulun 1 kiloqramının qiyməti bu ilin yanvar ayında 1,88 dollar, iyul ayında 1,7 dollar olub.

Şəkər tozu

İlin əvvəlində kiloqramı 0,31 dollar olan şəkər tozu, 12,9% ucuzlaşaraq iyul ayında 0,27 dollar olub.

Kərə yağı

Dünya birjalarında kərə yağı da 5,7% ucuzlaşıb. Belə ki, yağın kiloqramı yanvar ayında 4,0 dollar, iyul ayında 3,8 dollar olub.

Mal əti

Mal əti 7 ayda 6,5% ucuzlaşıb. Yanvarda mal ətinin kiloqramı 5,04 dollar, iyulda 4,71 dollar olub.

Çay

Çayın qiymətində də azalma olub. Yanvar ayında 2,29 dollar olan çay 22,3% ucuzlaşaraq, iyul ayında 1,78 dollar olub.

Qızıl

Son günlərdə rekord həddə çatan qiymətli metal 7 ayda 26,1% bahalaşıb. Belə ki, qızılın 1 unsiyası (31 qramı) yanvar ayında 1 521 dollar, iyulda 1 918 dollar olub.

Gümüş

İlin əvvəlindən ötən 7 ayda gümüş qızıldan da sürətli bahalaşıb. Gümüşün 1 unsiyasının (31 qram) qiyməti yanvarda 17,92 dolar olub. 7 ayda 43,8% bahalaşaraq iyulda qiyməti 25,76 dollara yüksəlib.

Qaz

Təbii qazın qiyməti 7 ayda 13,9% azalıb. Belə ki, 1MMBTU qaz yanvar ayında 2,02 dollar, iyul ayında 1,74 dollar təşkil edib.

1MMBTU=28,52m3

Digər xəbərlər