Sosial

Əhalinin ən çox istifadə etdiyi televizor markası - MƏLUM OLUB - ARAŞDIRMA

Əhalinin ən çox istifadə etdiyi televizor markası - MƏLUM OLUB - ARAŞDIRMA | FED.az
12:09 21 Aprel 2020

Azərbaycanda əhalinin ən çox istifadə etdiyi televizor markası məlum olub.

FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin  araşdırmasında məlum olub.

Araşdırma istehlakçı davranışlarının mahiyyətini və xüsusiyyətlərini öyrənmək və bu istiqamətdə müəssisələri məlumatlandırmaq məqsədi daşıyır.

Hər 10 azərbaycanlının dördündən bir az çoxu evində televiziya verilişlərini “Samsung” markalı TV-dən izləyir. Televiziyaların orta istifadə müddəti isə 7 il təşkil edir. Araşdırma ev təsərrüfatlarının 1%-də isə TV-nin olmadığını aşkarlayıb. TV-dən istifadə müddəti üzrə Azərbaycan xəritəsinə baxsaq məlum olur ki, TV-nin ən çox istifadə olunduğu bölgə Şəki iqtisadi rayonudur (8 il 3 ay).

Sorğu iştirakçılarından evlərindəki televizorun hansı markadan olduğu soruşulub. Araşdırmaya əsasən, 42,9% “Samsung”, 34,3% “LG”, 5,7% “Sony”, 2,4% “Shivaki”, 2,3% “JVC” markalı televizorlar ilk beşlikdə olub.

Televizorunun markasını oxuya bilməyənlər 1,5% təşkil edib.

Həmin televizorun neçə müddətdir istifadə olunmasına gəlincə, 3,7% 6 ay, 1,8% 6 aydan 1 ilə qədər, 1 ildən 10 ilə qədər 40,5%, 10 ildən 15 ilə qədər 22,9%, 15 ildən 20 ilə qədəri isə 8,8%, 20 ilin üzəri 4,1% təşkil edib.

Televizorunu neçə ildir işlətdiyini unudanlar isə 0,5% təşkil edib.

Qeyd edək ki, ümumilikdə 1255 respondent arasında keçirilən sorğu Bakı və 7 regionu əhatə edib. Sorğunun əhatə dairəsi 47,1% Bakı, 8% Sumqayıt, 8% Quba, 5,4% Şirvan, 8% Lənkəran, 7,5% Mingəçevir, 8% Şəki, 8% Gəncədir.

Respondentlərin 9,7%-i 17-25 yaş, 25,4%-i 26-35 yaş, 20,3%-i 36-45 yaş, 21,5%-i 46-55 yaş, 23,0%-i 56-65 yaş aralığında olub. Sorğu iştirakçılarının 50%-ni qadın, 50%-ni kişi təşkil edib.

Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i texnikum, 36,1%-i isə ali təhsilli olub. Sorğu iştirakçılarının 76,6%-i evli, 7,8%-i dul-boşanmış, 15,6%-i isə subaylar təşkil edib.

Ailə gəliri 250 manat olan iştirakçılar (orta: 720 AZN) 9,4%, şəxsi gəlirləri 250 manat olanlar isə (Orta: 520AZN) 17,3% təşkil edib. 251 manat ailə gəliri olanlar 26,1%, şəxsi gəlirləri 500 manat olanlar isə 25,7% olub. 501 manat ailə gəliri olanlar 12,8%, şəxsi gəliri 750 manat olanlar 6,8% olub. Ailə gəliri 751 manat olanlar 13,0%, şəxsi gəliri 1000 manat olanlar 5,0% təşkil edib. Ailə gəliri 1001 manat olanlar 5,6%, 1500 manat şəxsi gəliri olanlar 1,4% olub. Ailə gəliri 1500+ manat olanlar 51,1%, şəxsi gəliri 1,4% olub.

Ailə gəlirləri barədə cavab verməyənlər 28,0%, şəxsi gəlirləri barədə cavab verməyənlər isə 10,4% olub. Sorğu iştirakçılarının 32,0%-i “Gəlirim yoxdu” cavabını verib.

Digər xəbərlər

Banner