Sosial

Fondun yeni Müşahidə Şurası təsdiqləndi – ADLAR

Fondun yeni Müşahidə Şurası təsdiqləndi – ADLAR | FED.az
09:32 4 Okt 2018

Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə -Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərra qəbul edib. FED.az xəbər verir ki, yeni tərkib aşağıdakı kimidir: 
 

Müşahidə Şurasının sədri
Rövşən Rzayev    -   Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
 
Müşahidə Şurasının üzvləri:
 
İlqar Fəti-zadə   -    maliyyə nazirinin birinci müavini
Mətin Kərimli   -    əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Cəmaləddin Quliyev   -    İqtisadiyyat Nazirliyi Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Azay Quliyev   -   Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Adil Abdullayev   -   “Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Qulam İshaqzai   -   BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi
Caydev Sinqx   -   ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin  Azərbaycandakı missiya direktoru
Guido Ambroso   -   BMT-nin Qaçqınlar üzrə Ali Komissarının  Azərbaycandakı nümayəndəsi.

Qeyd edək ki, Müşahidə Şurasının buna qədər olan tərkibi Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarı ilə müəyfyən edilmişdi. Həmin vaxt Müşahidə Şurası bu şəxslərdən ibarət idi:
 
Müşahidə Şurasının sədri
Əli Həsənov -  Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
 
Müşahidə Şurasının üzvləri:
İlqar Fətizadə           - maliyyə nazirinin birinci müavini
 
Natiq Məmmədov -   əmək və əhalinin  sosial müdafiəsi nazirinin müavini
 
Gəray Fərhadov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
 
Azay Quliyev            - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Forumunun
prezidenti
 
Adil Abdullayev       - "Bakmil" birgə müəssisəsinin direktoru, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti

Digər xəbərlər

Banner