Banner

Sosial

Gürcüstan vətəndaşlarının Almaniyada işləməsinə - İCAZƏ VERİLDİ – SAATI 9,5 AVRO

Gürcüstan vətəndaşlarının Almaniyada işləməsinə - İCAZƏ VERİLDİ – SAATI 9,5 AVRO | FED.az
09:32 21 Fev 2021

Gürcüstan vətəndaşlarının Almaniyanan kənd təsərüfatında qanuni şəkildə işləməsinə icazə verilib.

FED.az xəbər verir ki, artıq fevraolın 15-dən etibarən Almaniyanın kənd təsərrüfatında işləmək istəyən Gürcüstan vətəndaşlarının qeydiyyatı başlayıb.

Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Yekatirina Tikaradze bildirib ki, gürcülərin Almaniydaa işləməsinə icazə verən proqram bir il davam edəcək. Bu proqrama uyğun olaraq Gürcüstan vətəndaşları Almaniyanan aqrar sektorunda mövsümi işlərdə çalışa biləcəklər. Bu işlər artıq 1 apreldən başlayır.

«Almaniya hökuməti bizim məhdudiyyyətsiz sayda vətəndaşlarımızı qəbul edib imşə düzəltmək niyyətindədir. İş vaxtı 3 ay çəkəcək»-deyə nazir bildirib.

Almaniyanın Gürcüstandakı səfiri Xubert Knirş isə bildirib ki, Gürcüstan  - Berlinin bu proqramla işlədiyi ilk ölkədir. Onnu sözlərinə görə, Almaniyaya işləməyə gedəcək gürcülər həm Almaniya, həm də qayıtdıqdan sonra Gürcüstanın kənd təsərrüfatına fayda verəcəklər: «Almaniya bu proqramı heç də bütün ölkələrlə həyata keçirmir. Uzun müddətdən bəri biz ilk dəfə olaraq başqa ölkədən işçi qəbul edirik»-deyə səfir qeyd edib.

Proqrama əsasən Almaniyaya işləməyə gedən şəxslər yaşı 18-60 arasında Gürcüstan vətəndaşı olmalı, sağlam olmalı, Almaniyaya getməzdən 3 ay əvvəl Almaniyada olmamalı, məhsul yığımında təcrübəyə malik olmalıdırlar. Eləcə də işçilərin alman və ya ingilis dilini cüzi də olaraq bilməsi tələb olunacaq.

Gürcüstan vətəndaşları Almaniyada 1-3 aylıq müddətlərdə işləyəcəklər. İş regimi həftədə 5-6 gün, gündə 8-10 saatdır. Minimum əmək haqqı saatda 9,5 avro təşkil edir, amma buradan vergilər, eləcə də yemək və yaşayış xərcləri çıxılacaq.

Banner

Digər xəbərlər