Sosial

"Hökumət koronavirusa görə əziyyət çəkən vətəndaşlara - DƏSTƏK VERMƏLİDİR"

"Hökumət koronavirusa görə əziyyət çəkən vətəndaşlara - DƏSTƏK VERMƏLİDİR" | FED.az
12:51 14 Mart 2020

“Azərbaycan hökuməti koronavirus pandemiyasından ziyana düşən kiçik biznesə maliyyə, işini itirən vətəndaşlarda da sosial dəstək proqramlarına start verməlidir”.

Eləcə də bax: Azərbaycan hökuməti vətəndaşlara - ÇAĞIRIŞ ETDİ

FED.az xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib.
“Bu gündən Azərbaycanda xüsusi koronavirus rejimi tətbiq edilir. Düzgün qərardır. Təki ömrü az olsun. Həyat, təhsil, biznes öz axarına tez qayıtsın. Xalqımız bu sınaqdan da sağlam qurtulsun. Yeni rejimin tələblərinə görə, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir.

Bununla yanaşı, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.
Bundan sonra, alış-veriş mərkəzlərinin, ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir və böyük ehtimalla onların fəaliyyətlərində də məhdudiyyətlər yaranacaq.
Butün bunlar əhalinin koronavirus pandemiyasından qorumaq üçün zəruri tədbirlər hesab olunur və dünyanın bir çox ölkələrində tətbiq edilir. Sadəcə bir fərqli yanaşma vardır.

Başqa ölkələrdə koronavirus pandemiyasından zərər çəkən kiçik biznesə dövlətin maliyyə dəstəyi və işini bu səbəbdən itirənlərə də sosial qayğı proqramları təklif olunur.

Azərbaycanda isə Nazirlər Kabineti açıqlama verir ki, Bu tədbirlərin görülməsi həmin sahibkarların özünün və ailə üzvlərinin də təhlükəsizliyi üçün keçirilir. Bu, heç kəsin şəxsi maraqları üçün deyil. Bu, ümummilli məsələdir, bir sözlər hökumət təzminat ödəməyəcək.

Təsəvvür edin, toy məclislərinin dayanması, şadlıq evində çalışanların, o sıradan aşpazlardan tutumuş ofisiantlaradək hər gün evinə gündəlik qazancını aparan on minlərlə şəxsin işimi itirməsi deməkdir, toylar və restoranlar olmayanda taksi xidməti göstərən minlərlə sürücü müştərisiz qalır. Bu zəncirvari proses turizm, hotelçilik, xidmət, nəqliyyat, logistika və digər sahələrdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə gətirib çıxaracaq.

Ona görə də, hökümət koronavirus pandemiyasından ziyana düşən kiçik biznesə maliyyə, işini itirən vətəndaşlarda da sosial dəstəyini əsirgəməməlidir. Bununlarla bağlı dəstək proqramlarını mümkün qədər tez elan etməlidir. Əks təqdirdə fəaliyyətini dayandıracaq müəssisələrə görə büdcə və sosial müdafiə fondu da itirəcək, işsizlik və sosial gərginlik artacaq” – Q.İbadoğlu qeyd edib.

Yeniavaz

Digər xəbərlər