Banner

Sosial

Hüseyn Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək | FED.az
16:17 19 May 2017

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 25-də Cəlilabadda vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, saat 10:00-da Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müassisəsi ilə əlaqə saxlamaları (ünvan: Cəlilabad şəhəri, Cavadxan küçəsi 15, əlaqə telefonları: 050-572-82-82, 050-407-45-54, 025-24-5-27-93) xahiş olunur.

Digər xəbərlər

Banner