Banner

Sosial

"İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması” hazırlanır

"İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması” hazırlanır | FED.az
10:41 11 İyun 2020

Azərbaycanın əmək bazarında növbəti yenilik gözlənilir.

Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyi əmək xidmətlərini özündə birləşdirən “İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması” layihəsinə başlayıb.

Eləcə də bax: Azərbaycanda ağır işdə işləyənlər - PENSİYAYA TEZ ÇIXACAQLAR - YENİLİK

FED,az xəbər verir ki, bu barədə nazir Sahil Babayev Məşğulluq məsələlərinə dair işçi qrupun videokonfrans formatında keçirilən iclasında bildirib.

Tədbirdə bildirilib ki,müasir çağırışlar məşğulluq sahəsində elektron xidmətlərin tətbiqinin genişlənməsini və e-platformalar üzərində yeni xidmət modellərinin qurulmasını vacib edib. Bu məqsədlə hazırlanan yeni innovativ layihələrdən biri də “İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması” layihəsidir.

S.Babayev bildirib ki, indiyəədk də bu sahədə elektron sistemlərdən istifadə olunmaqla yeniliklər tətbiq edilib. Onlardan biri “Məşğulluq” altsistemidir. Bu sistem dövlət məşğulluq xidmətlərinin elektron müstəvidə çevikliyini və keyfiyyətinin artırılmasına imkan verib. Aktiv məşğulluq tədbirlərinin təşkili mexanizmlərinin təkmilləşdirilməsi, bu məqsədlə e-texnologiyalardan daha geniş istifadənin təmin olunması ilə bağlı bir sıra hədəflər də müəyyən olunub.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, məşğulluq xidmətləri, peşə hazırlığı sistemi və peşəyönümü məsləhət xidmətləri, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması üçün tədbirlər, əmək bazarında işçi qüvvəsi ilə bağlı tələb və təklifin  mütəmadi olaraq öyrənilməsi mexanizmləri təhlil olunub. Aktiv məşğulluq, o cümlədən özünüməşğulluq, peşə hazırlığı, haqqı ödənilən ictimai iş yerlərinin təşkili və digər proqramların genişləndirilməsi üçün aparılan işlərdən bəhs edilib.

Həmçinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri, əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və s. sahələrdə  aparılan işlər müzakirə olunub. 

Digər xəbərlər

Banner