Sosial

İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə - NAZİRLİKDƏN REAKSİYA

İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə - NAZİRLİKDƏN REAKSİYA | FED.az
10:36 8 Aprel 2020

İqtisadiyyat Nazirliyi sahibkarlar tərəfindən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi hallarına münasibət bildirib.

Eləcə də bax: «Sahibkarlara çağırışım, birmənalı tələbim bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz»

FED.az xəbər verir ki, bu barədə nazir müavini Sahib Məmmədov İctimai TV-nin efirində qonaq olan zaman danışıb.

Bildirib ki, iqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq:

“Təbii ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır. İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli “qaynar xətt”i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq”.

Qafqazinfo

Digər xəbərlər

Banner