Sosial

“Kiralik AŞK”-ın Dəfnəsindən 6 karyera dərsi

“Kiralik AŞK”-ın Dəfnəsindən 6 karyera dərsi | FED.az
09:00 12 Yan 2018

Yəqin ki, aramızda serial izləyən xanımlar çoxdur, əminəm ki, mən tək deyiləm. İndi xarici seriallar daha çox dəbdədir. Amma yenə türk seriallarının öz auditoriyası var. Bu rubrikanız filmlərin qadın qəhrəmanları haqqındadır. Axı hər bir film və serial nəyisə öyrədir.

Ilk qəhrəmanımız isə “Kiralık AŞK” serialının Dəfnəsidir.

Dəfnədən nə öyrənə bilərik?

1. HƏYATDA UĞURA NAİL OLMAQ ÜÇÜN RİSK ALMAĞI BACARMAQ LAZIMDIR.


Bəli qarşı tərəfin təklifi nə qədər dəlisov, çılğın, ağla-batmayan səslənsə belə uğura gedən yol riskdən keçir. Dəfnə, Nəriman xanımın təklifini qəbul etməsə bəlkə də yolu Ömərlə kəsişməyəcəkdi, kəsişsə belə indiki sürətlə inkişaf etməyəcəkdi.

2. ÖZÜNÜ TƏKMİLLƏŞDİRMƏYƏ VAXT AYIR.

Adi assistent kimi başlayan Dəfnə özündə çəkmək istedadını yenidən kəşf edir, bir zamanlar imtina etdiyi arzusunu dirçəldir, çəkməyi öyrənir, özünü inkişaf etdirir, kurslara gedib birinci olur və nəhayət dizayner kimi rəqib şirkətdə işə başlayır. Bəli o, rəqib şirkətə gedəndə əvvəlki işindən ayrılmışdı və sadə bir offisiant idi. Təbii ki, deyə bilərsiniz onun bu istedada sahib olması ssenari məhsuludur. Amma sizə çalışdığınız sahə üzrə özünüzü inkişaf etdirməyə nə mane olur, istər PR olsun, istər HR, istər mühəndilsik ya müəllimlik, hər zaman özünü inkişaf üçün yer var.

3. UYĞUNLAŞ VƏ DƏYİŞ

Toyu günü tərk edilən Dəfnə çökür, əzab çəkir, xəstələnir. Amma yenə də güc tapıb ayağa durmağı bacarır və təmiz başqa bir sahədə logistika sahəsində çalışır. Mühiti dəyişmək, işi dəyişmək ona müsbət təsir edir. Bəzən şəxsi həyatdakı boşluq bizi daha işqolik bir insana çevirir və işləməyin ziyanı yoxdur. Maraqlısı odur ki, o yeni işində də olduqca bacarıqlı olur. Çünki uyğunlaşmağı və dəyişməyi bacarır. Bir şeydə ilişib qalmayın, dəyişməyi, zamanla ayaqlaşmağı öyrənin.

4. KREATİV VƏ TƏCİLİ HƏLLƏRDƏN QORXMAYIN.

Seriyaların birində Dəfnə çalışdıqları kuryer firması ilə problem yaşayır, malın təslimatında gecikmə riski yaranır. Yeni bir firma ilə anlaşmağa isə vaxt olmur. Bu zaman o, adi dönər çatdırılması ilə məşğul olan olnaları prosessə cəlb edir, əsas odur ki, müştəri məhsulu vaxtında alsın və anbardakı yer yeni məhsulun qəbulu üçün boşalsın.

Bu tip problemlər ilə hər birimiz üzləşirik. Məsələyə kənardan, başqa aspektdən baxmağı bacarmaq lazımdır. Bəzən həllər düşündüyümüz qədər çətin deyil.

5. TƏRƏFİNİ BİLMƏK LAZIMDIR

Sadiqlik iş dünyasında ən çox qiymətləndirilən dəyərlərdir. Yəni istedadlı, bacarıqlı, inkişafa meylli kadr tapmaq asandır, amma sadiq əməkdaş xeyr. Daha yüksək təkliflərə getməyən əməkdaş isə nadir tapıntıdır. Dəfnə serial byunca bir neçə də nə baş verməsinə baxmayaraq Ömərə (bir lider və işəgötürən kimi) sadiqliyini sübut edib, ona inamının zərrə qədər şübhə altına almır. İstər Sinan və Ömər yollarını ayırmaq qərarını verəndə, istər də Ömər plagiatda ittiham ediləndə, istər Ömər sponsorların diqqətini çəkmək məcburiyyətində qalanda Dəfnə onun tərəfində olur, ona güvənir.


6. İSTƏNİLƏN HƏMLƏ HAZIRLIQ TƏLƏB EDİR.

İstər investorların cəlbi olsun, istər yeni əmədaşlıqlar, yeni müttəfiqlərin cəlbi və s – bütün görüşlərə hazırlıq lazımdır və bu hazırlıq zamanı təkcə bazar amilləri deyil, insanların şəxsi seçimləri, dəyərləri xüsusiyyətləri nəzərə alınmalıdır. Çünki insanlar qərar verərkən incə nüanslara fikir verir.

Ona görə də hansısa investoru və ya iş adamını özünüzə tərəf çəkmək istəyirsinizsə onu ətraflı araşdırın və görüşə hər tərəfli hazır olun. İnsanları həm görünüş, həm də zehniniz ilə heyran edin. Güclü tərəf kimi görünün.

©1lady.az

Digər xəbərlər