Sosial

Lider TV bağlandı

Lider TV bağlandı | FED.az
02:00 11 Mart 2020

Lider Televiziyası fəaliyyətini dayandırıb.

FED.az Həftə.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Lider TV-nin bir neçə əməkdaşı təsdiqləyib.

Onlar bildiriblər ki, bu gün iş gününün sonunda onlara sabahdan işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Kanal əməkdaşlarına bildirilib ki, bəlli səbəbdən Lider TV bundan sonra fəaliyyətini davam etdirmək imkanında deyil.

Qeyd edək ki, artıq bir müddətdir Lider TV-nin maddi baxımdan çətinlik çəkdiyi haqda mediada çoxsaylı məlumatlar gedirdi. Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.

Digər xəbərlər