Sosial

Nazir Cəlilabadda vətəndaşları qəbul edib

Nazir Cəlilabadda vətəndaşları qəbul edib | FED.az
15:00 20 İyun 2017

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəbul zamanı 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Digər xəbərlər

Banner