Sosial

Nazirlik yardımla bağlı - MÜRACİƏTİ SADƏLƏŞDİRDİ

Nazirlik yardımla bağlı - MÜRACİƏTİ SADƏLƏŞDİRDİ | FED.az
16:59 7 Aprel 2020

190 manat birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalında müraciət qaydası sadələşdirilib.

FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Eləcə də bax: Nazirlikdən e-sosial.az-ın "çökmə"siylə bağlı - AÇIQLAMA

Bildirilib ki, hazırda vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır:

“Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir”.

Qeyd edək ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

Digər xəbərlər

Banner