Sosial

“Nike” Kobi Brayant brendi altında bütün məhsullarını - 2 GÜNƏ SATDI

“Nike” Kobi Brayant brendi altında bütün məhsullarını - 2 GÜNƏ SATDI | FED.az
09:22 29 Yan 2020

“Nike” 2 gün ərzində Kobi Braynt brendi altında bütün məhsullarını satıb.

FED.az xarici mediaya istinadən xəbər verir ki, “Nike” onlayn-mağazası məşhur basketbolçu Kobi Braynın ölümündən sonra onun adı altında olan bütün məhsulları cəmi 2 gün ərzin satıb.

Eləcə də bax: Məşhur şirkət nəzarətə götürüldü - SƏBƏB

Şirkət ümumilikdə Kobi Brayant adı altında 17 idman ayaqqabısı istehsal edib. Bunlardan 11-i idmançının karyerası ərzində geyindiyi , 6 isə karyerasını bitirdikdən sonra geyindiyi idman ayaqqabıları olub.

Daha əvvəl bəzi media qurumları, o cümlədən ESPN və USA Today şirkətin basketbolçu ilə bağladığı müqaviləyə əsasən yaradılan malların Nike onlayn mağazasından yoxa çıxmasına diqqət çəkib. ESPN, şirkətin bu məhsulların həddindən artıq baha qiymətə satılmaması üçün satışını dayandırdığını bildirib. Ancaq Nike sözçüsü, malların sadəcə satıldığını bildirib.

Qeyd olunur ki, Kobi Brayantın ölümündən buraxılan ayaqqabılar Kobe AD markası altında çıxıb. Ancaq indi mağaza, yalnız Los Angeles Lakers ilə əlaqəli məhsullar təklif edir. Qeyd edək ki, bu komandada Bryant bütün karyerasını dövründə oynayıb.

Xatırladaq ki, Kobi Braynt və onunla bərabər 7 nəfər helikopter qəzasında dünyasını dəyişib. O basketbol tarixində ən uğurlu idmançılardan hesab olunur. 

Digər xəbərlər

Banner