Sosial

Ölkədə daha 19 min nəfər - ƏMƏK MÜQAVİLƏSİNƏ KEÇİB

Ölkədə daha 19 min nəfər - ƏMƏK MÜQAVİLƏSİNƏ KEÇİB | FED.az
13:16 6 Mart 2020

Azərbaycanda özəl sektorda bağlanan əmək müqavilələrinin sayı kəskin artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a bildirilib ki, 2020-cu ilin yanvar-fevral aylarında özəl sektor üzrə 19,1 min əmək müqaviləsi bağlanıb.

Eləcə də bax: Əmək müqaviləsi ilə işləyənlər -  90 MİN NƏFƏR ARTIB

Beləliklə, cari ilin əvvəli ilə müqayisədə həmin sektor üzrə əmək müqavilələrinin sayı  3 faiz artaraq 641,5 mindən 01 mart tarixinə 660,6 minə çatıb.

Xatırladaq ki, 2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb.

Digər xəbərlər