Sosial

Özəl sektorun işçiləri üçün - İCAZƏ QAYDASI DƏYİŞİR

Özəl sektorun işçiləri üçün - İCAZƏ QAYDASI DƏYİŞİR | FED.az
10:14 4 İyul 2020

Azərbaycanda özəl şirkətlərin bəziləri karantin günlərində işçilərinin işləməsinin vacibliyini yenidən əsaslandırmalı olacaqlar.

Eləcə də bax: Təcili: İndiyədək alınan bütün icazələr - LƏĞV EDİLƏCƏK- YENİDƏN ALINMALIDIR 

FED.az xəbər verir ki, bu barədə ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən özəl təşkilatların, hüquqi şəxslərin siyahısı və təsnifat kodu müəyyən edilib. Və yalnız o siyahıya və təsnifat koduna uyğun olan təşkilatlara icazə almaq imkan veriləcək: «Digər hallarda isə bu icazə imkanı olmayacaq.

Hər hansı bir təşkilat, yəni özəl şirkət icazə ala bilmirsə, amma hesab edir ki, onun fəaliyyyəti zəruridir, yəni karantin dövründə məhdudlaşdırılmış fəaliyyət deyil, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Şirkət öz əsaslandırılmasını təsdiq edə bilərsə, ondan sonra ona icazə veriləcək». 

Digər xəbərlər

Banner