Banner

Sosial

Özəl şirkətlərdə əmək müqavilələri - 110 MİN ARTIB

Özəl şirkətlərdə əmək müqavilələri - 110 MİN ARTIB | FED.az
12:22 3 İyul 2020

Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib.

Eləcə də bax: Azərbaycanda əmək müqavilələrinin sayı - 751 MİNİ KEÇİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, nazirlik bu sahəyə elektron sistem üzərindən gündəlik nəzarət edir, eləcə də işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Görülən işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87 200, yanvarın 1-dən 110 min müqavilə artaraq, 2020-ci ilin 1 iyul tarixinə 751 300-ə çatıb. 

Digər xəbərlər

Banner