Sosial

Qazaxıstan azərbaycanlılara iş icazəsinin - VERİLMƏSİNİ DAYANDIRIB

Qazaxıstan azərbaycanlılara iş icazəsinin - VERİLMƏSİNİ DAYANDIRIB | FED.az
10:20 2 Mart 2020

Qazaxıstanda koronavirus səbəbi ilə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan xarici işçi qüvvəsinin cəlb edilməsi üçün icazələrin verilməsi dayandırılıb.

Eləcə də bax: Nur-Sultan-Bakı reysi - DAYANDIRILIR

FED.az xəbər verir ki, bu barədə hökumətin iclasında Qazaxıstan Baş nazirinin müavini Yeralı Lukpanov bildirib.

Onun sözlərinə görə, birinci və ikinci kateqoriyalı ölkələr üçün xarici işçi qüvvəsi cəlb etmək üçün icazələrin verilməsi dayandırılıb və bu kateqoriyaya Çin, İran, Honkonq, Makao, Tayvan, Cənubi Koreya, Yaponiya, İtaliya, Sinqapur, Tailand, Azərbaycan daxildir.

Xatırladaq ki, Azərbaycanda 3 nəfər koronavirusa yoluxub.

Report

Digər xəbərlər