Banner

Sosial

Qarabağ qazisi kiçik biznesə - Başlayacaq

Qarabağ qazisi kiçik biznesə - Başlayacaq | FED.az
10:15 21 Yan 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış hərbi qulluqçu Abdullayev Kamran Kamil oğlunu (Beyləqan rayonu) ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər.

Eləcə də bax: Qazinin özü və qardaşı üçün - Kiçik Təsərrüfatlar Yaradılacaq

Nazirlikdən FED.az-a verilən məlumata görə, qazi özü müddətdən artıq xidmətdə olan hərbi qulluqçu kimi fəaliyyət göstərib.

Anası işləyir, nənəsi pensiyaçıdır, qazinin həyat yoldaşı isə azyaşlı uşaqlarına baxır. Kamranın əlilliyi yaxın günlərdə qiymətləndiriləcək və əlillik təyin olunduğu halda birdəfəlik sığorta ödənişi, aylıq təqaüd və müavinətlə, reabilitasiya xidmətləri ilə təmin ediləcək. Bu barədə ona məlumat verilib.

İstəyi nəzərə alınmaqla Kamran poliqrafiya üzrə kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib. Bununla bağlı sənədləşdirimə işləri aparılır.

Banner

Digər xəbərlər