Sosial

Sərt karantin dövründə bu sahələr üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI

Sərt karantin dövründə bu sahələr üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI | FED.az
20:27 2 İyul 2020

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Eləcə də bax: Sərt karantin rejimi bu şəhərlər və rayonlara aiddir - Siyahı

FED.az Operativ Qərargahdan "apa"ya verilən məlumata istinadən xəbər verir ki, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Digər xəbərlər

Banner