Banner

Sosial

SMS cavab almayanlar narahat olmasın - AÇIQLAMA

SMS cavab almayanlar narahat olmasın - AÇIQLAMA | FED.az
08:37 28 Aprel 2020

Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.

Eləcə də bax: Daha 200 min vətəndaşa 190 manat veriləcək - RƏSMİ

FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Nazirlik rəsmisi bildirib ki, ona görə kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın:

"Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək.

Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.

Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq.

Ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək".

Yeniavaz

Digər xəbərlər

Banner