Banner

Sosial

Yas yerlərində iştirakla bağlı qərar - Açıqlanıb

Yas yerlərində iştirakla bağlı qərar - Açıqlanıb | FED.az
11:01 16 Yan 2021

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında yas yerlərində iştirakla bağlı məsələ də öz əksini tapıb.

Eləcə də bax: Təcili: Azərbaycanda sərt karantin rejimi yumşaldılır - RƏSMİ

FED.az xəbər verir ki, yeni qərarda yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

 

Banner

Digər xəbərlər