Banner

Startaplar

Azərbaycanda startapa pul yatırmaq istəyən gəlsin – LAYİHƏLƏR, MƏBLƏĞLƏR

Azərbaycanda startapa pul yatırmaq istəyən gəlsin – LAYİHƏLƏR, MƏBLƏĞLƏR | FED.az
09:20 1 Mart 2021

27 fevral tarixində Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkil etdiyi IBA İnnovasiya mərkəzinin rezidenti olan startap layihələrinin onlayn təqdimatı baş tutub.

FED.az xəbər verir ki, "IBA Innovation Startup Demo Day" adı ilə keçirilən təqdimatda Azərbaycanın müxtəlif sahələrə aid 12 startapı təqdim edilib.

Əvvəlcədən elan edildiyi kimi, maraqlanan istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə təqdimata qatılıb startap layihələri ilə tanış ola bilib.

Bunlar mobil ödənişlər, rəqəmsal müqavilələr, kiçik və orta biznes üçün reklam və müsləhət xidmətləri, elektron kommersiya, bankdan kənar ödənişlər, ves və sosial media analitikası kimi sahələrə aid olub. 

Bunlar arasında

1.     «Asswise»  - KOB-lar üçün məsləhət layihəsi  – 100 min manat,

2.     «Azmo» - mobil ödənişlər layihəsi – 75 min manat,

3.     «İcarə» - icarə müqavilələrinin rəqəmsallaşdırılması layihəsi – 49 min manat,

4.     «İGX»  - KOB-lar üçün sosial şəbəkə layihəsi – 160 min manat,

5.     Hədiyyə göndərmə platforması  - 50 min manat

6.     «Linkup» - B2B formatında elektron kommersiya layihəsi  - 41 min manat,

7.     «Owbike» - KOB-lar üçün onlayn layihə – 200 min ABŞ dolları,

8.     «Pantera» elektron ödənişlər layihəsi  - 150 min manat

9.     «Pulkredit» - borcların müqayisəis layihəsi  - 95 min manat,

10. «QUEUE management system» - şirkətlər üçün menecment layihəsi  - 60 min manat,

11. «Saferent» - bank aqantiyası layihəsi – 40 min manat,

12. «SCAN MENTİON»  - KOB-lar üçün veb və sosial şəbəkə layihəsi – 90 min manat sərmayə istəyir. 

Təqdimat zamanı startapların nümayəndələri layihənin iqtisadi maliyyə əsaslandırmasını təqdim ediblər, eləcə də potensial investorların suallarını cavablandırıblar.

Qeyd edək ki, Startap layihələrinin inkubasiya dövründən sonra ilkin kapital əldə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankı IBA İnvestor Klubunu da yaradıb.

Bu klubun məqsədi Bankın tərəfdaşları arasından potensial investorları bir araya gətirmək və startap layihələrini onlara təqdim etməkdir.

Hazırda klub çərçivəsində ayrı-ayrı investorlarla startapçıların görüşləri keçirilir.

Layihələrə ilkin investisiya qoyuluşu məsələləri müzakirə edilir. İnkubasiya proqramında iştirak etmiş komandaların işgüzar çevrəsinin formalaşmasına şərait yaradılır.

Banner

Digər xəbərlər