Banner

Statistika

2020-ci ildə Azərbaycana $25,3 milyon dəyərində siqaret - İdxal Olunub

2020-ci ildə Azərbaycana $25,3 milyon dəyərində siqaret - İdxal Olunub | FED.az
11:43 24 Fev 2021

2020-ci ildə Azərbaycana $25 milyon 308,84 min dəyərində siqaret idxal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 2,8 dəfə azdır.

Eləcə də bax: Azərbaycan içkilərin ixracını artırıb - İdxalını Azaldıb

FED.az xəbər verir ki, hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən $22 milyon 165,84 min dəyərində (azalma 2,8 dəfə - İF) siqaret idxal olunub. Bütövlükdə, Azərbaycana siqaretin idxal dəyərinin 87,6%-i Ukraynanın payına düşüb.

Bundan başqa, 2020-ci ildə Rusiyadan Azərbaycana $3 milyon 142,95 min dəyərində (azalma 2,2 dəfə) siqaret idxal edilib.

2019-cu ildə Azərbaycana $70 milyon 813,03 min dəyərində siqaret idxal olunub ki, bu da 2018-ci ilin göstəricisindən 53,5% azdır. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər