Banner

Statistika

2020-ci ildə Azərbaycana $35 milyon dəyərində kondisioner - İdxal Olunub

2020-ci ildə Azərbaycana $35 milyon dəyərində kondisioner - İdxal Olunub | FED.az
14:04 19 Fev 2021

2020-ci ildə Azərbaycana kondisioner idxalı 2019-cu illə müqayisədə 33,4% - 141,2 min ədədə qədər azalıb.

Eləcə də bax: Azərbaycan Rusiyadan kolbasa məmulatlarının idxalını - 43% Artırıb

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat ilində Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $35 milyon 212 min məbləğində (azalma 30,9%) qiymətləndirilir.

2020-ci il ərzində Azərbaycana $129 milyon 762,2 min dəyərində (artım 54,7%) 712,1 min ədəd (artım 23,1%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,4% - 178,6 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $36 milyon 535,7 min (azalma 8,8%) təşkil edir. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər