Banner

Statistika

Azərbaycan 2020-ci ildə $205,6 milyon dəyərində qızıl - İxrac Edib

Azərbaycan 2020-ci ildə $205,6 milyon dəyərində qızıl - İxrac Edib | FED.az
15:45 19 Fev 2021

Azərbaycan 2020-ci ildə dünya bazarlarına 4 min 435,97 ton qızıl ixrac edib, bu da 2019-cu ilin göstəricisindən 7,6% azdır

FED.az xəbər verir ki, hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $205 milyon 577,52 min təşkil edib (artım 19,3%).

Eləcə də bax: Türkiyə Azərbaycanda qızıl və mis çıxarmaq istəyir - TOPLANTI

2020-ci ildə gümüş ixracı $2 milyon 469,63 min dəyərində 3 min 688,3 ton (artım 17,6) təşkil edib.

İxracın bütün həcmi İsveçrənin payına düşüb.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur. (İnterfaks)

Banner
Banner

Digər xəbərlər