Banner

Statistika

Azərbaycan əhalisi martda içki və siqaretə 168 mln. manat - Xərcləyib

Azərbaycan əhalisi martda içki və siqaretə 168 mln. manat - Xərcləyib | FED.az
16:47 14 Aprel 2021

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məhsullarına 548,8 mln. manat xərcləyib.

Eləcə də bax: Azərbaycan əhalisi martda ərzaq məhsullarının alışını kəskin artırıb - QRAFİK

FED.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,1% və ya 46 mln. manat artıb.

Cari ilin mart ayında satışların həcmi 167,9 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 8,8% və ya 16,3 mln. manat azdır. Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i içkilər və tütün məhsulların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,3 faiz bəndi çoxdur. (Apa)

Banner
Banner

Digər xəbərlər