Banner

Statistika

Azərbaycan əhalisinin nominal gəlirləri - Açıqlanıb

Azərbaycan əhalisinin nominal gəlirləri - Açıqlanıb | FED.az
12:20 15 İyun 2021

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22,090 mlrd. manat və ya hər nəfərə orta hesabla 2 207,1 manat təşkil edib.

Eləcə də bax: Azərbaycandakı işsizlərin sayı - Açıqlandı

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 0,8% və 1,3% azalıb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 19 796,1 mln. manat və ya hər nəfərinə 1 977,9 manat vəsait qalıb. Bu, illik ifadədə müvafiq olaraq 1,6% və 2,1% azdır. (Apa)

Banner
Banner

Digər xəbərlər