Banner

Statistika

Azərbaycanda istehlak bazarının həcmi - 8,2% Azalıb

Azərbaycanda istehlak bazarının həcmi - 8,2% Azalıb | FED.az
13:00 18 Fev 2021

Bu ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 3,8 mlrd. manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2% azalıb.

Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi - 3 Dəfədən Çox Azalıb

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar ayı ilə müqayisədə 8% azalaraq 3,7 mlrd. manata bərabər olub, onun 47,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 382 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib. (Apa)

Banner
Banner

Digər xəbərlər