Banner

Statistika

Azərbaycanda maaşlar kəskin enmədən sonra - ARDICIL 5 AYDIR ARTIR

Azərbaycanda maaşlar kəskin enmədən sonra - ARDICIL 5 AYDIR ARTIR | FED.az
11:34 15 İyul 2021

Azərbaycanda orta aylıq əmək haqqı yenidən ötənilki səviyyəyə qalxmağa başlayıb. 

Eləcə də bax: Azərbaycanda ən yüksək və ən aşağı - MAAŞ ÖDƏYƏN BANKLAR – SİYAHI, MƏBLƏĞLƏR

FED.az Dövlət Statistika Komitəsinə isitnadən xəbər verir ki, yanvar-may ayının nəticələrinə görə, ölkədə orta maaş 724 manata çatıb. Qeyd edək ki, statistika qurumu ölkədə maaşların səviyyəsi ilə bağlı məlumatı ənənəvi olaraq 1 aylıq gecikmə ilə verir.  

Xatırladaq ki, ölkədə orta əmək haqqının ən yüksək göstəricisi 2020-ci ilin martında – pandemiya tədbirləri ərəfəsində qeydə alınmışdı – 744 manat. Sonradan pandemiyanın təsiri ilə maaşlar kəskin azalaraq 700 manatdan da aşağı düşüb. Amma bu ildən orta aylıq əmək haqqı yenidən artmağa başlayıb. 

2020 

Yanvar – 712,1 manat

Fevral – 712,3 manat

Mart – 744,5 manat

Aprel – 736,2 manat

May – 728,9 manat

İyun – 720,0 manat

İyul – 714,5 manat

Avqust – 710,2 manat 

Sentyabr – 706,6 manat

Oktyabr – 704,5 manat

Noyabr – 703,5 manat

Dekabr – 707,3 manat

2021

Yanvar – 690,9 manat

Fevral – 692,3 manat 

Mart – 713,2 manat 

Aprel – 722,3 manat 

May – 724,0 manat 

Banner
Banner

Digər xəbərlər