Statistika

Azərbaycanda mərmər istehsalı – ARTIB

Azərbaycanda mərmər istehsalı – ARTIB | FED.az
16:13 25 Mart 2020

Azərbaycanda kərpic, hörmə üçün hazır beton qarışığı və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar istehsalı artıb, asfalt isə azalıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,9% azalaraq 82 milyon manat təşkil edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk iki ayında ölkədə 25,9 min ton asfalt istehsal edilib ki, bu da ötən illə müqayisədə 5,5% faiz azdır. Martın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı 0,1 min ton olub.

İki ayda 70,7 min kub metr tikinti kərpici istehsal olunub ki, bu da ötən illə müqayisədə 2,2% faiz artım deməkdir. Martın 1-nə olan məlumata görə, məhsul ehtiyatı 14,5 min kub metr olub.

Bundan əlavə, cari ildə 225,8 min ton hörmə üçün hazır beton qarışığı istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7% çoxdur. Martın 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatı yoxdur.

Digər xəbərlər

Banner