Statistika

Azərbaycanda restoranların dövriyyəsi - 4 Dəfədən Çox Azalıb

Azərbaycanda restoranların dövriyyəsi - 4 Dəfədən Çox Azalıb | FED.az
11:36 22 İyul 2020

İyunda ictimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 4,3 dəfə azalıb.

Eləcə də bax: Azərbaycanda aylardır fəaliyyətsiz qalan hotellərin aqibəti - NECƏ OLACAQ?

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 45,6 faiz azalaraq 377,1 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,3 faizi hüquqi şəxslərin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 39,4 faiz azalaraq 169,4 milyon manat olub.

Qeyd edək ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin mart, aprel, may və iyun ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12 dəfə) nəticəsində mart, aprel, may və iyun aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmi azalıb. (Azərtac)

Digər xəbərlər