Banner

Statistika

Azərbaycanda restoranların dövriyyəsi yanvar-iyunda - 4,5% azalıb

Azərbaycanda restoranların dövriyyəsi yanvar-iyunda - 4,5% azalıb | FED.az
10:32 15 İyul 2021

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% azalaraq 366,8 mln. manat olub.

Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - Azalıb

Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,4%-i hüquqi şəxslərin, 50,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,9% artaraq 179,3 mln. manat təşkil edib.

Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır. (Apa)

Banner
Banner

Digər xəbərlər