Statistika

Azərbaycanda tikinti materiallarının istehsalı - AZALIB

Azərbaycanda tikinti materiallarının istehsalı - AZALIB | FED.az
09:14 20 Aprel 2020

2020-ci ilin birinci rübündə Azərbaycanda tikinti materiallarının istehsalı azalıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Tikinti gipsinin istehsalı 39 dəfə, asfalt istehsalı 9,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2 faiz, tikinti kərpicinin istehsalı 1,5 faiz artıb.

Sement istehsalı 3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8 faiz azalıb.

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?