Banner

Statistika

Azərbaycandakı işsizlərin sayı - Açıqlandı

Azərbaycandakı işsizlərin sayı - Açıqlandı | FED.az
17:22 14 İyun 2021

2021-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 268,8 min nəfər olmuş, onlardan 4 milyon 908,2 min nəfərini məşğul əhali, 360.6 min nəfərini və ya 6,8%-ni işsiz əhali təşkil etmişdir.

Eləcə də bax: Azərbaycanda muzdlu işçilərin sayı - Açıqlanıb

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 678,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər, qeyri-dövlət sektorunda isə 764,8 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,7 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,2 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar. (Marja)

Banner
Banner

Digər xəbərlər