Statistika

Əhali pulunun yarıdan çoxunu ərzağa xərcləyib – MƏBLƏĞLƏR AÇIQLANDI

Əhali pulunun yarıdan çoxunu ərzağa xərcləyib – MƏBLƏĞLƏR AÇIQLANDI | FED.az
12:51 12 Fev 2020

Dövlət Statistika Komitəsi (DSK) yanvar ayı üçün pərakəndə ticarət dövriyyəsini açıqlayıb.

Eləcə də bax: Azərbaycanda son 4 ildə - NƏ BAHALAŞIB? - SİYAHI, QİYMƏTLƏR

FED.az komitəyə istinadən xəbər verir ki, ötən ay pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olmuşdur.

Ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artmışdır.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2019-cu ilin yanvar ayına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

3 075,6

103,2

o cümlədən:

ərzaq məhsulları

1 378,2

102,9

içkilər və tütün məmulatları

186,1

101,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

541,7

104,0

elektrik malları və mebellər

184,3

103,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

21,2

103,5

əczaçılıq və tibbi mallar

40,5

103,7

avtomobil yanacağı

166,5

101,1

digər qeyri-ərzaq məhsulları

557,1

103,9

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 8,4 faiz azalmışdır.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Digər xəbərlər

Banner