Banner

Statistika

Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb - RƏQƏMLƏR

Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb - RƏQƏMLƏR | FED.az
12:15 15 Aprel 2020

2020-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107,2 min nəfər və ya 7,0 faiz artaraq 1641,5 min nəfər olub.

Cari ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı fevralın 1-i ilə müqayisədə 5 min nəfər artıb.

FED.az Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 911,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Digər xəbərlər

Banner