Statistika

Azərbaycanda hər bir sakin bu qədər ödənişli xidmətlərdən - İSTİFADƏ EDİB

Azərbaycanda hər bir sakin bu qədər ödənişli xidmətlərdən - İSTİFADƏ EDİB | FED.az
10:41 21 Aprel 2020

Birinci rübdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz azalaraq 2 milyard 6,1 milyon manat olub.

Eləcə də bax: Əhalinin ən çox istifadə etdiyi bank və bank ximətləri – SORĞU – NƏTİCƏLƏR

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 472,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 201,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Azərtac

Digər xəbərlər