Statistika

Karantində əksər sahələrdə gəlirlər azalsa da - BU SAHƏDƏ ARTIB

Karantində əksər sahələrdə gəlirlər azalsa da - BU SAHƏDƏ ARTIB | FED.az
09:19 23 İyul 2020

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,4 faiz artaraq 1 milyard 042,8 milyon manat təşkil edib.

Eləcə də bax: Azərbaycanda avtomobil - İSTEHSALI ARTIB

FED.az xəbər verir ki, xidmətlərin 72,0 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,0 faizi və ya 438,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. (Trend)

Digər xəbərlər