Statistika

Paytaxtda ərzaq xərcləri artıb - MƏBLƏĞ

Paytaxtda ərzaq xərcləri artıb - MƏBLƏĞ | FED.az
11:11 1 Aprel 2020

Bu ilin yanvar-fevral aylarında Bakının ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 3 249,9 milyon manat olub.

Eləcə də bax: Azərbaycanda fors-major halda əhalinin ərzaqla təminatı üçün kifayət qədər - EHTİYAT VAR

FED.az xəbər verir ki, Bakı Şəhər Statistikasına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 6,7% artaraq 1 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,1% artaraq 1 714,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Report

Digər xəbərlər

Banner