Banner

Status

«Fitch»in Azərbaycana verdiyi reytinq - NƏ DEMƏKDİR? - STATUS

«Fitch»in Azərbaycana verdiyi reytinq - NƏ DEMƏKDİR? - STATUS | FED.az
11:32 29 Yan 2020

Xəbər verildiyi kimi, Fitch beynəlxalq kredit agentliyi həm Azərbaycanın ölkə olaraq, həm də aparıcı dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləyib. Sonuncu dəfə SOCAR-ın reytinqi 2019-cu ilin martında, ölkə reytinqi iyulda təsdiqlənmişdi.

Eləcə də bax: «Fitch»in Azərbaycanın reytinqi barədə – DÖVLƏT QURUMUNDAN AÇIQLAMA

FED,az xəbər verir ki, iqtisadi araşdırmaçı Rövşən Ağayev ölkə reyrinqi ilə bağlı maraqlı faktları və məqamları açıqlayıb.  Ekspert yazır:

Beynəlxalq agentliklərinin reytinqləri həm bilavasitə dövlətin özünə, həm də onun ayrıca götürülmüş subyektinə verilir. Xüsusilə də mərkəzi hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər, ayrıca götürülmüş yerli özünüidarə qurumları və ya maliyyə təsisatı üçün belə reytinq çox önəmlidir. Kredit reytinqləri subyektin öz öhdəliklərini yerinə yetirmə qabiliyyətini, mümkün maliyyə və iqtisadi riskləri qiymətləndirir. Xüsusilə də beynəlxalq maliyyə bazarlarından borclanmaq istəyən subyektlərin belə reytinqlərə malik olması şərtdir.

Azərbaycanın reytinqi ilə bağlı ən vacib məqamlar:

Bu dəfə də ölkənin reytinqi invetisiya deyil, spekulyativ səviyyəyə uyğundur və BB+ səviyyəsində təsdiqləyib. Agentliyin 4 pilləli (A,B, C, D) dərəcələndirilməsində bu səviyyə "spekulyativ əlamətlərlə riskli öhdəliklər" kimi təsnifləndirilir.

Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii rsurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam eyməsi zəif tərəflərdir. Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur.

Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ÜDM-ə nisbətini 4.2%-ə enməsinə səbəb olacaq - halbuki 2019-da bu rəqəm 6% ətrafında idi.

Xarici borcun ÜDM-ə nisbəti 18.9%-dir və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (38.4%) əhəmiyyətli dərəcədə aşağıdır.

Lakin dövlət zəmanətilə alınan və "şərti öhədlik" esab olunan borclar daha böyükdür və onların ÜDM-ə nisbəti 31%dir. Yəni bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50% təşkil edir. Hesabata görə, şərti öhdəliklər əsasən Beynəlxalq Bankın borcları və qaz layihələrilə bağlıdır.

Dövlət borclarının 94%-i xarici valyutadır və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (60.7%) xeyli yüksəkdir.

Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır. Azərbaycanda bu 67.2%, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 21.8% təşkil edir.

Ölkədə real iqtisadi artım (2%) "BB" səviyyəsi üçün hazırkı medaian həddən (4%) 2 dəfə aşağıdır.

Azərbaycanda geniş pul kütləsinin ÜDM-ə nisbəti 33.7%, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 47.7%-dir.

Hökumətin xarici borclara xidmət xərclərinin onun icmal gəlirlərinə nisbəti (1.8%) təşkil edir k, bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (9.2%) əhəmiyyətli dərəcədə aşağıdır.

Xalis suveren xarici aktivlərin (hökumətin xarici aktivlərinin və öhdliklərinin nisbəti) ÜDM-də payı 79.5%-dir. Halbuki "BB" səviyyəsi üçün hazırkı medaian hədd -2.5% təşkile edir.

Beynəlxalq bankının mənfəətinin və kapitalizasiyasının artması, aktivlərinin keyfiyyətinin yüksəlməsi qeyd edilir, amma hələ də böyük həcmdə (800 mln. USD) açıq valyuta möveyinə malik olduğu da qeyd edilir. 2017-ci ildə həmin rəqəm 1.7 mlrd. dollar idi.

 

Digər xəbərlər

Banner