Status

İşçilər bir yerdə ortalama 4,6 il işləyirlər - STATUS

İşçilər bir yerdə ortalama 4,6 il işləyirlər - STATUS | FED.az
08:44 1 İyul 2020

Son araşdırmalara görə, işçilər bir iş yerində cəmi 4,6 il qalır və bu müddət getdikcə azalmaqdadır. 

FED.az xəbər verir ki, bu barədə tanınmış biznes məsləhətçi, «Azqranata»nın direktor müavini Rafiq Hünaltay yazıb. Onun sözlərinə görə, tətbiq edilən yeni texnologiyalar sayəsində hazırda krayerada kəskin dəyişikliklər getdikcə adiləşir. Ekspert yazır:

Eləcə də bax: "Hər adama 250 manat ödəniş, 3 gün vaxt verilsin - SONRA İSƏ CƏRİMƏLƏR" – HÖKUMƏTƏ TƏKLİF  

U.S. Bureau of Labor Statistics-ə görə işçilər bir iş yerində ortalama 4,6 il qalırlar. Xatırladım ki, karyera dəyişmək iş dəyişmək demək deyil. Getdikcə bir işdə uzun müddət qalma vaxtı bütün dünyada azalmağa doğru gedir. İnsanlar daha tez-tez iş yerini və ya karyera istiqamətlərini dəyişirlər. Necə ki, yıxıcı innovasiyalar var, eləcə də karyerada kəskin döngələr etmək hərdən lazım gəlir. Xüsusən karyerada müəyyən pillələrə gəlib çatan adam bir yerdən sonra onu daha çox xoşbəxt edəcək, daha çox sevəcəyi işi görmək istəyir. İşə, işinə daha həvəslə getmək istəyir. Bax bu anda işini yox, karyera istiqamətini dəyişirlər. Hər kəs də karyera dəyişdirmək istəmir, ona cəsarət etmir. Normaldır. Amma karyera hədəfinizin ən təpəsindəsinizsə və ya düşünürsüzsə ki, indi olduğunuz yerin ən yuxarı pilləsində olsanız, bu Sizi xoşbəxt etməyəcək, rahatlığınız, hüzurunuz itəcək, o halda karyera dəyişdirmək maraqlı ola bilər.

Digər xəbərlər

Banner