Banner

Status

Pandemiyada sahibkarlara dəstək oldumu? – «Biz dedik, onlar dedi» - STATUS

Pandemiyada sahibkarlara dəstək oldumu? – «Biz dedik, onlar dedi» - STATUS | FED.az
14:03 18 Dek 2020

İş adamı, geyim satışı sahəsində fəaliyyə göstərən Elxaş Mərdanlı koronavirus pandemiyası dövründə sahibkarlara dövlət dəstəyi ilə bağlı fikirlərini bölüşüb.

İş adamı yazır: 

1. Dedilər, mövcud kreditlərin faizləri subsidya ediləcək, edilmədi, 10 ay keçdi görmədik.

2. Dedilər, qəbul edilən Tədbirlər Planına görə, dövlət zəmanətli kredit götürəcəksiniz, 10 ay müddətində mübarizə apardıq ki, kredit götürək, özləri də etiraf etdikləri kimi, qaydalar çox sərtdir ona görə heç nə edə bilmirik.

3. Dedilər, işçilərin əmək haqqısı veriləcək, verdilər iki ay, o da yarısını, növbəti aylar qaldı.

4. Dedilər, dövlət zəmanətli surətli krediti yalnız və yalnız dövriyyə vəsaiti üçün xərcləməlisiz. Dedik ki, hansı qərarda və ya daxili qaydada yazılıb bu, dedilər yazılmayıb. Dedik ki, yazılmayıbsa niyə bu tələb qoyulur, heç nə deməyə sözləri olmadı.

5. Dedilər ki, dövlət zəmanətli kreditlərin verilməsi məsələsi banklardan asılıdır, «Banklar haqqında» qanuna görə biz onlara müdaxilə edə bilmirik. Dedik ki, əgər müdaxilə edə bilmirdinizsə o zaman niyə müdaxilə edə bilmədiyinizə işi həvalə etmisiniz? Heç nə deməyə sözləri olmadı.

 

6. Dedik ki, dövlət zəmanəti ilə kredit götürməklə, evi girov qoyub kredit götürmək arasında hər hansısa bir fərq varmı? Məlum oldu ki, elə bir fərq yox imiş.

7. Dedilər, biznes kreditləri veriləcək, amma bir məsələni unutdular ki, pandemiya dönəmində, sərt karantin rejimində verilən kreditlər biznes kreditləri olmur, sahibkarı ayağa qaldırmaq kreditləridir, sahibkara dövlət dəstək kreditləridir. Əgər biznes işləmirsə, hansı biznes kreditindən danışmaq olar.

8. Dedilər, sahibkarlara maliyyə yardımı olacaq, bizlər elə başa düşdük ki ipoteka krediti kimi olacaq bu, yəni vəsait dövlətin vəsaiti olacaq. Amma yekunda görünən o oldu ki vəsait bankın vəsaitidir. Bank da öz vəsaitini pandemiyadan zərər çəkmiş və fəaliyyətini bərpa etmək istəyən sahibkarlara vermək istəmir. Bank özü deyir ki, dövlət öz vəsaitini versin biz də qiymətləndirək kredit verək, necəki ipoteka kreditləri kimi.

 

9. Dedilər sahibkarlara ikinci dəstək olacaq, yəni ki Tədbirlər Planına əlavələr və ya icrasının surətləndirilməsi, gəlin görüşək. Görüşdük və danışdıq, təkliflər verdik, amma yenə də gözləyirik və artıq 2020-ci il qurtarır.

 

Yekunda onu deyim ki, dövlət büdcəsindən əmək haqqı alıb işləmək çox asan imiş. Çünki necə olsa da əmək haqqını alacaqsan!

 

Banner

Digər xəbərlər