Banner

Status

«Sədərək» və «Binə»də kassa, çek niyə yoxdur? – VERGİ XİDMƏTİNƏ TƏKLİF – STATUS

«Sədərək» və «Binə»də kassa, çek niyə yoxdur? – VERGİ XİDMƏTİNƏ TƏKLİF – STATUS | FED.az
15:39 16 Mart 2021

İctimai fəal Şəhriyyar Məhərrəmov Lökbatandakı «Sədərək» və «Binə» ticarət mərkəzlərindəki ticarət və iaşə obyektlərinə, eləcə də buradakı avtomobil dayanacağına kassa aparatı quraşdırılmasını və ödənişlərin rəsmiləşdirilməsini təklif edib.

Eləcə də bax: “Binə” və “Sədərək” üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ

FED.az xəbər verir ki, Ş.Məhərrəmov yazır:

«Sədərək Ticarət Mərkəzinə hər gün minlərlər avtomobil girib çıxır.

Mən çıxanda qabağımı şlaqbaum ilə kəsənə deyirəm ki, mən ödəməni kartla edmək istəyirəm.

Deyir ki, bizdə elə sistem yoxdu.

Deyirəm ki, yaxşı ödədiyim 0,50 qəpiyə görə mənə çek verin. Deyir ki, o da yoxdu.

Mən ona görə kartla ödəmə etmək istəyirəm ki, orda pulların dövriyyəsi şəffaf olsun, çibə deyil, vergisi büdcəyə getsin.

Hörmətli nazir.

Ora gətirib aparat qoymaq və ya bunu bazar sahibindən tələb etmək bu qədərmi çətindir?

Binə, Sədərək, Meyvəli və.s

Hər gün maşın sayı rahat 100 mini keçir.

Ayın sonu bu böyük rəqəmdir.

Bəs yüzminlərlə vətəndaşın ödədiyi pulun niye vergisi, hesabatı yoxdu?

Ümumiyyətlə Sədərək, Binə bazarındakı mağazalarda niyə kassa aparatı yoxdu?

Mən gedib bazarlıq edəndə niyə çek almamalıyam?

Niyə ƏDV almamalıyam?

Niyə minlərlə mağazada bir dənə də kassa aparatı yoxdu? Yaxşı bu mağaza sahibləri yüz minlərlə manat dəyərində mal satırlarla bunların heç biri niyə kassaya vurulmur?

Bu qara dövriyyə, qanunsuz alqı satqı, heç bir hesabatı mümkün olmayan sistem kimə xidmət edir?

Canab prezident də, Mikayıl müəllim, siz də dəfələrlə vurğulayırsınız ki, ildən ilə vergi sahəsində irəliləyiş var və bunun üçün çalışırsınız da.

O zaman bu boyda nəhəng yerlərin vergisi niyə sivil, mədəni, qanuni çərçivədə deyil.

Mən hər il bu bazarlardan nə qədər alış veriş etdirəm. Mən şəxsən istəyirəm ki, o alış-verişi bank karımla edim. Və xərclədiyim pulun sistemdə şəffaf vergisinin dövlətə, xalqa xeyri dəysin.

Niyə görə şəhər mərkəzində mağaza işlədən insan qanun qayda ilə, vergisinin verməyə məcbur olmalıdır amma şəhərdən bir balaca kənarda yüzminlərlə mağazada bir dənə kassa aparatı olmamalıdır?

Banner

Digər xəbərlər