Status

«Telegram» şəbəkəsinin «Whatsapp» və «Facebook»dan - ÜSTÜNLÜKLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ - STATUS

«Telegram» şəbəkəsinin «Whatsapp» və «Facebook»dan - ÜSTÜNLÜKLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ - STATUS | FED.az
11:10 18 May 2020

«Telegram» sosial şəbəkəsi digərlərindən sonra yarandığına görə, istifadəçilərin əksəriyyətinin onun imkanları və üstünlükləri barədə kifayət qədər məlumatı yoxdur.

Eləcə də bax: "ZOOM" və "TikTok" hamını qabaqladı - SİYAHI

FED.az xəbər verir ki, rəqəmsal marketoloq Məhəmməd İbadlı yeni sosial şəbəkənin xüsusiyyətlərini sadə şəyildə izah edib. M.İbadlı yazır: 

«Telegram hesabınıza istifadəçi adı əlavə edərək, telefon nömrənizi gizlədərək, insanlarla yazışa bilərsiniz. Eyni zamanda insanlar sizi bu istifadəçi adı ilə axtarıb, nömrəniz olmadan da tapa bilərlər.

Telefon, planşet və ya kompüter üçün olan Telegram tətbiqlərindən eyni anda istifadə edə bilərsiniz. Telegram proqramının veb sayt versiyası da mövcuddur. Veb telegram-dan istifadə etmək üçün telefonunuzda proqramın açıq olması da lazım deyil.

Telegram ilə 1.5 GB həcmə qədər tək fayl göndərmək mümkündür. Toplamda isə media göndərmə limiti yoxdur.

Telegram ilə səssiz və ya vaxtlı mesaj göndərmək mümkündür. (Göndərmə düyməsinə basılı saxlayanda menyu çıxır). Səssiz mesajda digər istifadəçiyə mesaj getdiyi zaman bildiriş səsi gəlmir. Vaxtlı mesajı isə qurub, istədiyiniz anda ona çatmasını təmin edə bilərsiniz.

Telegram gizli söhbət xüsusiyyətinə sahibdir. Bu sistemdə bildiriş gəldiyi zaman bu, ön ekranda görünmür. Gizli söhbət xüsusiyyətindan istifadə edildiyi zaman ekran görüntüsünü çəkmək mümkün olmur, əgər bunu necəsə çəkməyi bacarsanız o zaman qarşı tərəfə bu barədə bildiriş gedir.

Normal söhbətdə isə mesaj göndərdikdən və oxunduqdan sonra avtomatik silinən mesajlar göndərmək mümkündür.

Telegram-da göndərdiyiniz hər hansısa bir mesajı 48 saat içərisində silmək mümkündür. Sildiyiniz mesaj tamamilə itir, digər proqramlardakı kimi “bu mesaj silindi” kimi də görünmür.

Bütün söhbəti hər iki tərəf üçün də tamamilə silmək mümkündür, bunun üçün vaxt limiti də yoxdur.

Telegram-da göndərdiyiniz mesajları göndərdikdən sonra düzəldə bilərsiniz. Mesajı düzəltdikdən sonra altında “düzəldildi” yazılır.

Yaşadığınız yerə uyğun olaraq hamıya açıq olan qruplara qoşula bilər və yeni insanlar tanıya bilərsiniz.

“Saxlanılmış mesajlar” funksiyası ilə özünüzə qeydlər apara, fayllar göndərib yükləyə bilərsiniz. Eyni zamanda göndərdiyiniz mesajlara “xatırlatma” xüsusiyyəti də əlavə etmək mümkündür.

Standart temaları ilə yanaşı, özünüz də istədiyiniz görüntüdə tema hazırlaya, hətta onu başqaları ilə də paylaşa bilərsiniz.

Vaxtınızı özünüz istədiyiniz kimi qura biləcəyiniz “Gecə modu” var.

Mesajların və yazı tipinin ölçüsünü telefonun yazı tipinə toxunmadan dəyişmək mümkündür.

Rəsmi və rəsmi olmayan yüzlərlə bota sahibdir. Bu botlar sayəsində bir çox şey etmək olar, oyun oynamaqdan tutmuş, gmail-dəki mesajlarınıza qədər, hər şeyi botlar vasitəsi ilə etmək mümkündür. Ağlınıza gələ biləcək hər şey üçün bot var.

Facebook və Google şirkətinin tətbiqləri kimi Telegram-dakı danışıqlarınız üçüncü şəxslərə ötürülmür. Yazdığınız hər şeyə görə qarşınıza çıxan reklamlar görməyəcəksiniz.

200.000 istifadəçiyə qədər qruplar qurmaq mümkündür.

Qrupları sadəcə müəyyən müddət üçün deyil, həmişəlik səssizə almaq mümkündür.

Qruplar üçün yaradılmış botlar sayəsində, qrupları asanlıqla idarə edə bilərsiniz. Sizin əvəzinizə qaydalara o botlar nəzarət edə bilər.

Qrup istifadəçisisinizsə, mesajların sürətini dəyişdirə bilərsiniz.

Limitsiz istifadəçiyə sahib kanallar yarada bilərsiniz. Kanalınızın izləyicisi 1000-dən çox olanda, sizə izləyə biləcəyiniz statistika da göndərilir.

Qrup və kanallarda anketlər hazırlamaq mümkündür.

Hamıya açıq olan qrup, kanal və botları axtarış edərək tapa bilərsiniz.

Telegram api-ləri sayəsində özünüzə aid telegram araüzü yarada bilərsiniz.

Bir çox mövzuda axtarıb tapa biləcəyiniz, hərəkətli və hərəkətsiz maraqlı stikerlərə sahibdir.

Emojiləri də hərəkət edə bilir. Məsələn, zər emojisini göndərdiyiniz zaman hər dəfə fərqli rəqəmlər göstərə bilər.

Bir çox mövzuda gündəmə uyğun stikerlər də mövcuddur. Hətta botlar sayəsində öz stikerlərinizi də düzəldib yayımlama imkanına sahibsiniz.

Telegram-da şifrəli səsli axtarış edə bilərsiniz.

Fayl yaradıb, danışıqlarınızı sinifləndirə bilərsiniz. Məsələn, şəxsi danışıqlar üçün bir fayl, iş danışıqları üçün başqa fayl yaradıb, danışıqlarınızı ayıra bilərsiniz. Beləcə, çoxlu mesajların arasında itib batmaqdan qurtulmuş olacaqsınız.

Telegram-da proxy istifadə etmək mükündür.

İstəsəniz, şifrə istifadə edərək Telegram tətbiqini kilidləmək də olur.

Birdən çox Telegram profilini eyni tətbiqin içində istifadə edə bilərsiniz.

Seçə biləcəyiniz müəyyən vaxt ərzində, siz online olmadığınız zamanda hesabınızı silə bilərsiniz».

Digər xəbərlər